5 Dekabr 2025 / 12:30

Özbəkistanın Azərbaycandakı səfiri BANM-də – FOTOLAR

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Ali Neft Məktəbini ziyarət edib və BANM rəhbərliyi ilə birgə tədbirlərin təşkili barədə müzakirələr aparılıb.
Tezadlar.az   xəbər verir ki, bu barədə  BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə Bakı Ali Neft Məktəbində (BANM) görüşdük.
Görüş zamanı ali təhsil ocağımız və burada yaradılan tədris mühiti haqqında məlumat verildi. Bakı Ali Neft Məktəbi ilə Özbəkistanın iki universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Həmçinin mübadilə proqramı çərçivəsində Özbəkistanın müxtəlif universitetlərindən tələbələr BANM-də təhsil alırlar. Hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 25 özbək tələbə təhsil alır.
Görüşdə tələbələr üçün birgə tədbirlərin təşkili ilə bağlı müzakirələr də aparıldı”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!