Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, X.Xasməmmədov küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Bağırov Seymur Elşən oğluna məxsus “Məhəllə 1” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Tezadlar.az AQTA-nın məlumatına istinadən xəbər verir ki, Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, xammallar üçün anbar sahəsinin təşkil edilmədiyi, mətbəxdə tavandan izolyasiya edilməmiş kanalizasiya borusunun keçdiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.