Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi, eləcə də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Bu barədə Tezadlar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, iştirakçılar 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb.
Müəssisədə həyata keçirilən yaradıcılıq prosesi, burada hazırlanan əl işləri ilə tanış olan qonaqlar üçün Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı təqdim edilib.