7 Dekabr 2025 / 17:24

Min il əvvəlki Məhsəti və onun bu günkü törəmələri- ŞOK

…Bir qrup sosial və elektron mediada tənqid etməyə başlayıb ki, bəs, Məhsəti güllələnməlidir, çünki çox pis xanım olub… Niyə? Çünki şərab içib, sarayda “pis-pis” işlərlə məşğul olub… Deyəsən, Məhsətini buna görə qınayanların hələ də xəbəri yoxdur ki, indi bəzi qadınlarımız siqaret də çəkir, qəlyan da… Şərab nədir, hətta arağı, viskini, pivəni su kimi içirlər… Hələ xəbəriniz yoxdur ki, narkotik də çəkirlər, iynə də vururlar… “Pis- pis” işlərə gəlincə, deyəsən, bəzilərinin otellərdən, motellərdən… xəbəri yoxdur… Əgər qadın da insandır və əməlində azaddırsa, daha Məshətini niyə qınayırsız??? Yazıq Məshəti…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!