Sosial və elektron mediada keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin fəaliyyəti sərt tənqid edilir… Tanınmış yazıçı Firuz Mustafa Əbülfız Qarayevin “müdafiəsi”nə qalxdı… Yazıçının sosial media hesabındakı statusu diqqəti çəkir: “…Bəzi ağzıgöyçəklər deyir ki, keçmiş mədəniyyət naziri Ə.Qarayevin vaxtında teatrlar inkişaf etməyib. Elə deyil axı… Əvəzində nazirin xaricdəki “AmfiTeatr” hoteli inkişaf edib. Obyektin adından göründüyu kimi, bu adamın teatra sevgisi olub. Əsas da bu sevgidir. Olmasın teatr, olsun Amfiteatr. Olmasın teatr, olsun hotel. Bir fərqi var? Onsuz da hər obyektin öz repertuarı və ya menyusu var. Lap teatrda olduğu kimi. Elə deyil?”.