Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda fotoqraf Eltac Rasim oğlu Zeynalov dənizdə boğularaq ölüb.
Tezadlar.az xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltacınn meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.
39 yaşlı fotoqrafın hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.
Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, fotoqraf illər əqli və fiziki qüsurlu insanlarla birlikdə yaşayıb, onların hisslərini, daxili dünyalarını fotoşəkillərində təsirli şəkildə əks etdirib.
O həmin fotoşəkilləri ilə izləyiciləri valeh edə bilib.