Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyunu dekabrın 1-da Bakıda baş tutacaq. Tezadlar.az xatırladır ki, bu qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Yure Praprotnik və Qreqa Kordej kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Borosak əyləşəcək.
BİR DAHA XATIRLATMA: “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Komandamıza uğurlar arzu edirik!