8 Dekabr 2025 / 13:23

Ramiz Mehdiyevin cinayətlərini o vaxtlar bilib gizlədənlərə cinayət işi açılmalıdır…

Bəli, indi vəziyyət dəyişib, amma biz bilməliyik ki, hüquqi dövlətdə yaşayırıq… Söhbət ondan gedir ki: Vaxtilə Ramiz Mehdiyevin cinayətlərini bilib gizlədənlərə Azərbaycan CM-nin müvafiq maddəsi ilə cinayət işi açılmalıdır… Çünki cinayəti bilib gizlədiblər… Ramiz Mehdiyev tutulub deyə, indi onunla bir işləmişlər başlayıblar ki, o vaxt belə elədi, elə elədi… İndi bunları deməyin pis mənası var. Niyə? Çünki Ramiz Mehdiyevin cinayətkar olduğunu vaxtında desəydilər, başımıza da bu qədər oyun açılmazdı?

Hələ bəziləri başlayıb ki, o vaxtı onu tərifləyirdim, amma neyləyim, məcbur idim, yoxsa… Və sonra başlayırlar ki, Ramiz Mehdiyev cinayətkardır və s. Ay qardaş, sən bu cinayətləri bilirdin, heç olmasa, üzdə tərifləyib arxada DTX-yə xəbər verəydin də… Bəs niyə susurdun???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!