Dekabrın 8-də Azərbaycan Milli Konservatoriyasında “İfaçılıq” fakutəsinin II kurs magistr tələbələri, Respublika və Beynəlxalq müsabiqələr laureatları- Vaqif Təhməzov və Sənan Haclının solo konerti keçirildi. Konsert tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuşdu.
Konsertin nə qədər möhtəşəm olduğunu deyilən sözlərdən də çox zala daşınan əlavə stullar və hər ifadan sonra səslənən gur alqışlardan daha aydın görmək olurdu.
Hələ repertuarı demirəm. Proqrama daxil edilən əsərlərin ardıcıllığı, janr müxtəlifliyi ifaçıların məharətli barmaqları arasından süzülərək izləyicilərə gözəl bir musiqi ziyafəti atmosferi yaşatdı. Bu konsert iki laureat ifaçı üçün imtahan oldusa da, zalda əyləşən gənc tələbələr üçün isə əsl əyani vəsait hesab edilə bilər. Professor Ramiz Əzizovun proqramdakı bir neçə əsəri tar üçün işləməsinin təhlili isə hörmətli musiqi tədqiqatçılarının, mütəxəssislərin rəyini gözləyir deyə düşünürəm. Məsələn, musiqi təhsili olmayan sıravi bir dinləyici kimi onun orqan alətində dinləməyə alışdığımız İ.S.Baxın “Tokkata və fuqa” əsərini simli alət olan tar üçün işləməsi məni çox təəccübləndirdi.
Zəfərimizin 5 illiyinə həsr edilmiş bu gözəl musiqi tədbirinə görə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm!
ETİBAR ƏLIYEV,
(Xüsusu olaraq “Təzadlar” üçün)