Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə barəsində 49 müxtəlif cinayət üzrə axtarış qərarı olan Mehmet Avcu polisin keçirdiyi əməliyyat zamanı gizləndiyi dolabda yaxalanıb.
Tezadlar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konya polisi onun Meram rayonunun Yaylapınar məhəlləsində yerləşən evlərdən birində gizləndiyini müəyyən edib.
Cumhuriyyət Baş Prokurorluğundan alınan axtarış qərarından sonra səhər saatlarında ünvanda əməliyyat keçirilib. Evin diqqətlə yoxlanması zamanı Avcu yatak otağındakı qarderobun üst hissəsində, yorğan-döşəyin arxasında gizlənmiş vəziyyətdə tapılıb.
Şübhəli saxlanılaraq istintaqa aparılıb.