Bakı Ali Neft Məktəbində “BANM & ABB – Hyperautomation Club” yaradıldı.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
O qeyd edib ki, klubun əsas məqsədi tələbələr arasında RPA (Robotic Process Automation), süni intellekt, avtomatlaşdırma və rəqəmsal transformasiya sahələrinə marağı artırmaq, ABB-nin real layihə təcrübəsini paylaşmaq və potensial gənc istedadları aşkar etməkdir:
“ABB-nin Baş direktoru Aynur Süleymanlı çıxışında BANM tələbələrinin uğurlu nəticələr əldə etdiyini, həmçinin bankda səmərəli fəaliyyətlərini qeyd edərək yeni layihənin də maraqlı və qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
ABB-də RPA üzrə funksional sahə rəhbəri Fərid Qasımov və İstedadların idarə edilməsi departamentinin rəhbəri Alp Hamidoğlu çıxışlarında layihə haqqında məlumat verərək bildiriblər ki, bu Kluba qoşulan iştirakçılar ABB-nin real layihə təcrübələrini öyrənəcək, praktiki təlimlərdə iştirak edəcək, müzakirələr aparacaq, təcrübə proqramına keçid imkanı əldə edəcəklər.
Kluba qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://lnkd.in/eX4uukTc””.
JASMİN