Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib. Tezadlar.az xatırladır ki, bu barədə Ermənistan mediası yazıb. Məlum olan budur ki, Ukrayna dronlarının Rusiya ərazisinə hücumu zamanı Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb. Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb. Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib. Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqdan Moskvaya yola düşüb.
Beləcə, Putinin müharibə həvəsi ölkəsini etibarsız regiona çevirməkdədir. Ermənistan mediası onu da yazır ki, belə getsə, Paşinyan bir də Moskvaya getməyi unudacaq.
A.Məmmədli