Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Axır ki, Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Rusiyanın Xəzər dənizi sektorunda neft hasil edən platformanı işini dayanırıb. Bu o deməkdir ki, Ukrayna dronlarının “əli” Rusiyanın hər yerinə çatır. Qalıb Kreml!
***
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidmətinin uzaqmənzilli dronları “Lukoil-Nijnevoljskneft” şirkətinin Xəzərdəki “Filanovski” adına neft platformasına zərbə endirib. Bu, Ukraynanın Xəzər dənizində Rusiya neft hasilatı infrastrukturuna endirdiyi ilk zərbədir. Nəşr yazır ki, dəniz platformasına azı dörd dəfə dəqiq zərbə endirilməsi qeydə alınıb. Hücum nəticəsində platformanın xidmət göstərdiyi 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb. Hansı ki, “Filanovski” adına yataq Xəzərin Rusiya sektorunda kəşf edilmiş ən iri yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Hasil olunan məhsul Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xaricə ixrac olunur.
Rusiya mediası, xüsusən də Solovyov və Marqarita xanım məyyusdur…
A.Məmmədli