11 Dekabr 2025 / 14:08

Xəzərdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu

Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub. Tezadlar.az FHN-ə istinadla xəbər verir ki, dekabrın 9-u səhər saat 8 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub. Artıq FHN-nin aviasiya dəstəsinə məxsus helikopter ərazidə axtarışlara başlayıb.

İtkin düşənlərin bildirdiyinə görə, onlar dənizdə bata bilməsdi, amma ola bilər ki, ya qayığın motoru dayanıb, ya da yanacaqları tükənib.

Amma ötən gün dənizin qeyd edilən ərazisində dalğa narahatlıq doğuran səviyyədə idi.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!