Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan yalnız iki ölkədən diri qoyun alışı həyata keçirib.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə diri qoyun idxalı cəmi iki ölkədən – Gürcüstan və Rusiyadan həyata keçirilib. Gürcüstandan 16,5 milyon dollarlıq 160 min baş, Rusiyadan isə 14,9 milyon dollarlıq 128,6 min baş qoyun alınıb.
Ötən illə müqayisədə Gürcüstandan idxal miqdarca 14,4%, dəyərcə 22,5% artıb. Rusiyadan idxal isə kəskin şəkildə çoxalıb – miqdarca 10,9 dəfə, dəyərcə isə 12,3 dəfə artım qeydə alınıb. Qeyd edək ki, ötən il idxalçılar arasında Qazaxıstan da olsa da (3450 baş), bu il həmin ölkədən diri qoyun idxal edilməyib.