Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Siyasətçinin yayımladığı görüntülərdə onun axşam küçələrində velosiped sürdüyü görünür
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada velosiped gəzintisinin videosunu sosial mediada paylaşıb.
Tezadlar.az xəbər verir ki, o, videonu bu gün Telegram kanalında paylaşıb.
“Moskvada velosiped gəzintisi”, – deyə o yazıb.
Paşinyan videonu paytaxtda axşam gəzintisi zamanı lentə alıb.
Rusiya paytaxtında olduğu müddətdə o, Baş nazir Mixail Mişustinlə görüşüb.
Daha əvvəl, 11 dekabrda Paşinyanın Lubyanka meydanındakı FTX binasının fonunda “Laskoviy May” qrupunun “Ağ Güllər” mahnısı ilə müşayiət olunan videonu paylaşdığı bildirilib.
E.ŞİRİNOV