12 Dekabr 2025 / 13:00

Bakı və Kiyev ticarət dövriyyəsini artırıb

Tezadlar.az   Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 13 faiz artaraq 429,6 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Ukraynaya ixrac: 196,29 milyon dollar (+33,8 faiz)

Ukraynadan Azərbaycana idxal: 233,31 milyon dollar (-0,07 faiz)

Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 1 faiz təşkil edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!