17 Dekabr 2025 / 14:21

Zaxarova Lukaşenkonun Kiyevə “yatmış ayı” ilə bağlı verdiyi məsləhətə belə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü qeyd edib ki, özünü “yatmış ayı”nın yanında tapan hər kəs ora necə çatdığını özündən soruşmalıdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, özünü “yatmış ayı”nın yanında tapan hər kəs ora necə çatdığını özündən soruşmalıdır.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, o, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya etdiyi xəbərdarlığı şərh edərkən bildirib. O, əvvəllər Kiyevi “yatmış ayı”nı oyatmağa deyil, onunla “normal münasibətlər” qurmağa çağırmışdı.

“Bu sitatı genişləndirmək və bir sual vermək istərdim: özünüzdən niyə ayının yanında yatdığınızı soruşmaq istəməzdinizmi? Oraya necə çatdınız?”, – diplomat “Sputnik Radiosu”nda deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!