18 Dekabr 2025 / 08:07

Ağdamda minaya düşən var- YARALANDI

Ötən gün Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb. Tezadlar.az xəbər verir ki, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib. Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!