18 Dekabr 2025 / 11:55

Rəsmi Moskva gəminin dronla vurulduğunu təsdiqlədi

Ötən gecə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Rostovda gəminin zədələndiyini, bunun dron hücumu nəticəsində baş verdiyini bildirib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, “Slyusar Telegram” və Rusiyanın rəsmi mediası faktı təsdiqləyib. Sitat: “Rostov limanında gəmi zədələnib. İlkin məlumatlara görə, heyət üzvləri arasında itkilər var. Məlumat yoxlanılır. Batayskda dörd sakinə tibbi yardım lazım olunub.”
Daha sonra Rusiyanın Rostov-na-Donu meri “Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnmiş tankerdə yanğının söndürüldüyünü bildirib. Ölənlər və yaralananlar var… Rostov limanına edilən hücum nəticəsində bir yük gəmisi yanıb, göyərtədə olanlardan iki heyət üzvü ölüb, daha üç nəfər yaralanıb”.

Bəli, müharibə budur: rəsmi Moskva 4 günə Ukraynanı ələ keçirəcəyini güman edirdi, amma…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!