Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanır. Tezadlar.az Ermənistan mediasına istinadla xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınıb. Qeyd olunur ki, ixracat kommersiya xarakteri daşıyır və benzin beynəlxalq bazarlarda mövcud olan qiymətə satılacaq. Bu addım sülh prosesinin bir hissəsi olaraq iqtisadi əməkdaşlığın inkişafını təşviq edəcək.
Qeyd edək ki, Baş Nazir İrakli Kobaxidzenin qərarı ilə, Azərbaycan yanacağının ilk partiyasının Ermənistana dəmir yolu ilə daşınması pulsuz həyata keçirilir. Ermənistan mediası yazır ki, yük artıq Ermənistan ərazisindədir.