20 Dekabr 2025 / 08:10

Astarada itkin düşən balıqçının meyiti tapıldı

Bu ilin dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb. Tezadlar.az FHN- nə istinadla xəbər verir ki, 1997-ci il təvəllüdlü balıqçının meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb. Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, dünən səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının – 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!