Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Az əvbəl Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib. Tezadlar.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, sürücü diqqətsizliyi bu cür ağır hadisəyə səbəb olub.
Elbar