21 Dekabr 2025 / 06:29

Canavarlar Şəkidə kəndə hücum etdi…

Ötən gün Şəkidə canavarlar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib. Tezadlar.az Şəki İcra Hakimiyyətinə istinadla xəbər verir ki, hadisə Bideyiz kəndində baş verib. Məlum olub ki, iki canavar kənd sakinləri; 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Təəssüflər olsun, vəhşi heyvanların yaşayış ərazilərinə hücum etməsi ilə bağlı hələdə lazımi tədbirlər götülmür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!