Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Dekabr 2025 / 09:38

Ermənistana Bakı yanacağını çatdıran bu qatarlardır…

Bakı benzini İrəvana yetişdi… Paşinyan bundan məmnundur! Bəli, Ermənistanın xilası həm də Azərbaycanla qonşu kimi yaşamaqdan keçir. Tezadlar.az xatırladır ki, dekabrın 19-da gecə saat 01:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.

Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Xatırladaq ki, bu ilin noyabr ayında Qazaxıstan və Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana daşınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!