21 Dekabr 2025 / 17:37

Ər- arvad dəm qazının qurbanı oldu- NAXÇIVANDA

Ötən gün Naxçıvanda ər-arvad dəm qazından ölüb. Tezadlar.az bildirir ki, FHN- nin  məlumatına görə, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib. Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!