Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskvada general-leytenant Fanil Sarvarovun idarə etdiyi şəxsi avtomobili partladıldı… Tezadlar.az E1.RU-ya istinadla bildirir ki, bu gün dekabrın 22-də səhər saatlarında Moskvanın Yasenevaya küçəsindəki çoxmənzilli binanın pəncərələrinin altında avtomobil partladıldı. Şahidlər bildiriblər ki, sürücü “KİA” avtomobilinə minib, bir neçə metr sürüb və sonra avtomobil partlayıb. Şahidlər deyib ki, əvvəllər kişinin sağ olduğunu, lakin ağır vəziyyətdə olduğunu bildirmişlər. Lakin sonradan sürücünün öldüyü təsdiqlənib. Bu şəxsi avtomobilin sahibi isə generaldır- Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Təlimi İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarovdur! “İstintaq qətllə bağlı müxtəlif nəzəriyyələr irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir”, – İstintaq Komitəsi MSK1.RU-ya bildirib.
Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb. “Moskva İstintaq Komitəsinin müstəntiqləri və məhkəmə ekspertləri təcili yardım xidmətləri ilə birlikdə cinayət yerini araşdırırlar. Tezliklə tibbi və partlayıcı müayinələr də daxil olmaqla bir sıra ekspert müayinələri təyin olunacaq”, – Rusiya İstintaq Komitəsi bildirib.
Xatırladaq ki, ötən axşam Ukrayna prezidenti V.Zelenski bildirmişdi ki, digər bir general da artıq sağ deyil. Sitat: “9 dekabr tarixində Putinə Kupyanskın Rusiya ordusunun nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlyev guya bu xidmətinə görə təltif olunur.
12 dekabrda isə Zelenski özü Kupyanska səfər edir, videogörüntülər paylaşır… Və Zelenskinin bu səfərindən bir neçə gün sonra məlumat yayılır ki, bəs general Kuzovlyevin cəsədi tapılıb. İki gün əvvəl Zelenski şəxsən özü bildirir ki, “çox güman, bu general artıq sağ deyil””.
İndi digər bir general Moskvanın mərkəzində-evinin qarşısında öldürülür!
Bəs növbə kimindir???
A.Məmmədli