Neftçalanın sabiq icra başçısının müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb. Tezadlar.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu gün icra olunan amnistiya aktı ona da şamil edilib.
ZƏRURİ QEYD: Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 2020-ci ildə həbs edilib. Məhkəmənin hökmü ilə 2021-ci ildə G. Sadıqova 8 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. Daha sonra onun cəzası 4 il 6 aya qədər azaldılıb.







