23 Dekabr 2025 / 12:55

Ermənistanda konsert verməyi düşünən Elzadan tənqidçilərinə: “Qoca sarsaqlar, aylarla üzünüzü belə yumursunuz”

Yazdığı şerləri cəmiyyətdə heç də birmənalı qarşılanmayan, qalmaqllı açıqlamaları  gündəmə gələn bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə sərt cavab verib.

Tezadlar.az  xəbər verir ki,  o,  “Öz aramızda” proqramında bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir:

“Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın yerə girin. Ağıllı olun. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam: Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, Fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikllar bəstələyirəm. Geyinib-keçinirəm. Siz aylarla üzünüzü belə yumursunuz. Tofiq Quliyevə Kuliyev, Qara Qarayeva Karayev deyirsiniz”.

O, eyni zamanda,Ermənistanda konsert vermə istəyindən də danışıb:

“Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsiniz? Cavab verdim ki, əlbəttə. Orada “Qarabağ Azərbaycandır” adı ilə konsert verəcəyəm. Eşitmişəm ki, “Tikim sizin ağzınızı” şeirimi sevirlər, onu oxuyacağam”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!