AMEA- nın Tarix və Etnologiya İnstitunun əməkdaşı, tarix elmləri doktoru Nigar Gözəlovanın elmi araşdırmaları Ermənistan saytlarında diqqətlə araşdırılır və müzakirə edilir, mübahisələndirilir. Təbii ki, bu yaxşı əlamətdir. N.Gözəlova bu barədə özünün sosial media platformasında paylaşım edib. Tezadlar.az həmin paylaşımı təqdim edir: “Son dövrdə Azərbaycan tarixinin və regionun tarixi proseslərinin tədqiqinə həsr olunmuş elmi araşdırmalarım bir sıra erməni media resursları və özlərini “elmi” kimi təqdim edən platformalar tərəfindən məqsədli şəkildə diqqət mərkəzinə çəkilmişdir. Məsələ elmi müzakirə və ya akademik polemika çərçivəsindən kənara çıxaraq, müxtəlif informasiya agentliklərində, analitik sayt adlanan platformalarda, eləcə də sosial şəbəkələrdə yayımlanan silsilə materiallar formasını almışdır. Həmin yazılarda araşdırmalarım çox vaxt elmi kontekstdən kənar şəkildə təqdim olunur, seçmə sitatlar və akademik etikaya uyğun olmayan qiymətləndirmələrlə müşayiət edilir. Bu qəbildən olan materialların yalnız bəziləri aşağıdakı resurslarda yer almışdır:
Erməni media və platformaları:
“Elmi” adı altında yayılan təhrif xarakterli materiallar:
Sosial şəbəkələrdə yayılmış paylaşımlar:
Qeyd etməliyəm ki, sözügedən materialların hamısı xaricdə fəaliyyət göstərən erməni media və kvazi-elmi dairələrə aiddir. Bu, məsələnin yalnız bir tərəfidir.
Digər tərəfi — daha lokal, lakin mahiyyət etibarilə heç də az maraqlı olmayan məqamları — ayrıca və vaxtı gəldikdə paylaşacağam”.
Təqdim etdi: JASMİN