Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Liviyanın Milli Razılıq Hökumətinin (MRH) Baş naziri Əbdül Həmid Dbeybah Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin ölümünü təsdiqlədi.
“Ankaradan qayıdan Liviya Ordusunun Baş Qərargah rəisi general-leytenant Məhəmməd əl-Həddadın və onun yoldaşlarının ölüm xəbərini aldıq”, – deyə o bildirib.
Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada bildirib ki, qəzaya uğrayan və Ankaradakı Əsənboğa Hava Limanından qalxdıqdan dərhal sonra radarlardan itən “Falcon 50” təyyarəsinin göyərtəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla beş nəfər olub.
Daha əvvəl şahidlər Ankaradakı Əsənboğa Hava Limanı yaxınlığında güclü partlayış baş verdiyini bildiriblər. Hava limanı təhlükəsizlik səbəbləri ilə uçuşları müvəqqəti olaraq dayandırıb və mütəxəssislər uçuş-enmə zolağında araşdırma aparırlar.
Daha əvvəl də Ankara Beynəlxalq Hava Limanından qalxdıqdan sonra şəxsi təyyarənin radarlardan itdiyi bildirilirdi. Mediada “Falcon 50” özəl təyyarəsinin Ankara yaxınlığında, Haymana rayonunda qəzaya uğradığı və Tripoliyə uçduqdan qısa müddət sonra qəzaya uğradığı bildirilir.
E.ŞİRİNOV