27 May 2022 / 07:47

YENİ ƏLİLLİK MEYARLARI İLƏ BAĞLI DƏYİŞİKLİK BU GÜNƏDƏK VERİLƏN PENSİYALARA TƏSİR ETMƏYƏCƏK

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün fərq yaratmayacaq”

Tezadlar.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Şöbəsinin müdirinin sözlərinə görə, bu günə qədər əlilliklə bağlı pensiya alan şəxslər ödənişlərini eyni qaydada alacaqlar.

“İndiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək. Əlilliyi müddətsiz olanlar yenidən dəyərləndirməyə cəlb olunmayacaq”, – deyə S.Qocayev əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!