24 Dekabr 2025 / 12:42

Ukrayna vətəndaşı UTX-yə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb

Təhlükəsizlik qüvvələri Zaporojye vilayətinin Melitopol şəhər sakinini Rusiya qoşunlarının yerləşdirilməsi barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) zabitinə ötürməkdə şübhəli bilinərək saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat verib.

“Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları, FTX-nin mərkəzi ofisinin koordinasiyası altında, Zaporojye vilayətinin Melitopol şəhər sakini olan Ukrayna vətəndaşının Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsi barədə məlumatların toplanması və Ukrayna tərəfinə ötürülməsi ilə bağlı qanunsuz fəaliyyətini müəyyən edib və dayandırıblar. Bu şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi açılıb”, – deyə açıqlamada bildirilir.

Müstəntiqlərin sözlərinə görə, şübhəli, Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə birlikdə bloq yazmaq adı altında nəzarət məntəqələrinin yerləri, nəqliyyat vasitələrinin dayanacaq yerləri və Rusiya Silahlı Qüvvələri şəxsi heyətinin yaşayış yerləri haqqında məlumat toplayaraq, sonra Telegram vasitəsilə Ukrayna kəşfiyyat zabitinə ötürüb.

Şübhəlidən avadanlıq və rabitə vasitələri müsadirə edilib. O, məhkəmə qərarı ilə həbsdə saxlanılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!