Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oğru uşaqlardan birini yolu bağlamaq üçün təqib edən valideynlərinin təkərlərinin altına atıb
Hollandiyanın Breda şəhərində bir kişi dörd, altı və on yaşlı üç uşağın olduğu “BMW” avtomobilini oğurlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “NL Times” qəzeti məlumat verib.
Hadisə 20 dekabr yerli vaxtla səhər saat 5:00 radələrində ailə Avstriyada tətilə hazırlaşarkən baş verib. Uşaqlar təhlükəsizlik kəmərləri taxılmış vəziyyətdə hərəkətdə olan avtomobildə oturublar və valideynlər qapını bağlamaq üçün qısa müddətə evə qayıdıblar. Elə bu anda naməlum bir kişi maşına girib Belçika sərhədinə doğru hərəkət edib.
Polisin məlumatına görə, oğru daimi yaşayış yeri olmayan və əvvəllər cinayət qeydləri olan 36 yaşlı bir kişi olub. CCTV kameraları onun çanta ilə maşına mindiyi anı çəkib.
“Maşının oğurlanması çox dəhşətli idi. Arxa oturacaqda üç uşaq olan maşının içərisində bir şey qırıldı… Qızımı yolu bağlamaq üçün maşınımın qarşısına atdı. Çox sürətlə sürürdü”, – qəzet atanın sözlərindən sitat gətirir.
Təxminən 700 metr sürdükdən sonra oğru dayanıb və uşaqları itələyərək çölə atıb. Uşaqlar zərər görməyiblər və həmin gün evə qayıdıblar.
Bir neçə saat sonra ailəyə Belçika polisindən zəng gəlib. Onların “BMW” avtomobili içəridə qalmış iPad sayəsində tapılıb. Kişi həbs edilib və hazırda Hollandiyaya aparılmağa hazırlaşır. Polis oğrunun sadəcə vəziyyətdən istifadə etdiyini və uşaqlara zərər vermək niyyətində olmadığını düşünür.
E.ŞİRİNOV