Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xatırladır ki, bu yol 1992-ci ildə ermənilərin rus tankları ilə Mərziliyə hücumundan sonra ağır texnikaların tırtılları Qarqar çayından başlayaraq Ergi qəsəbəsinədək olan yolu bərbad günə qoymuşdu… Nəhayət, uzun illər bu ərazidə yaşayan sakinlərin 32 illik yolsuzluğuna son qoyulur… Belə ki, bu yaxınlarda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Ergi qəsəbəsində sakinlərlə görüşmüşdü və söz vermişdi ki, dövlət əhəmiyyətli bu strateji yol tezliklə asfaltlanacaq… Bu görüş zamanı qəsəbəyə gedən yolun yaxın günlərdə əsaslı təmir olunaraq asfalt örtüyünün döşənəcəyi sakinlərin diqqətinə çatdırılmışdı. Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə, eyni zamanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlərə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdilər.
Artıq bu gün verilən vədə əməl edilir: həmin yola asfaltvuran texnikalar cəlb edilib və yolun əsaslı təmir və qurulmasına başlanılıb…
A.Məmmədli