Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirməsinə baxmayaraq, “Qrin kart” – yaşıl kart lotereyasında qalib gələnlərin sayı azalmayıb. 2026-cı maliyyə ili üçün yaşıl kart lotereyasında iştirak edən təxminən 21 milyon müraciətdən 129.516 nəfər, o cümlədən ailələri immiqrant vizası almaq hüququna malik idi.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bu arada, Trampın ikinci müddətinin başlamasından əvvəl keçirilən yaşıl kart lotereyasında təxminən 20 milyon müraciət arasından 131.060 namizəd seçilib. Lotereyada qalib gəlmək avtomatik olaraq ABŞ-da daimi yaşayışa zəmanət vermir. Seçilmiş müraciət edənlər illik təxminən 55.000 viza kvotası çərçivəsində immiqrant vizası üçün müraciət etmək imkanına malikdirlər. Lakin qanunvericilikdəki düzəlişlər səbəbindən 2026-cı ildə mövcud vizaların faktiki sayı təxminən 51.850-yə düşəcək.
Tramp 20 yanvar andiçmə günündə, ABŞ-ın 47-ci prezidenti kimi ilk çıxışında qanunsuz immiqrantların ABŞ-a girişini dərhal dayandıracağına və milyonlarla miqrantın ekstradisiyası prosesinə başlayacağına söz verdi.
O, həmçinin cənub sərhədindəki vəziyyətlə əlaqədar ümummilli fövqəladə vəziyyət elan etdi.
Qeyd edək ki, Azərbaycandan da hər il “Qrin kart” qazanaraq ölkəni tərk edənlər olur. 2025-ci ildə u il Azərbaycandan 1730 nəfər “Green Card” lotereyasının qalibi olub. Ən çox Özbəkistan vətəndaşları bu karta sahiblənə biliblər – 5564 nəfər qaliblə.
Daha sonra 5526 nəfərlə Əlcəzair. Qonşu Rusiya 5519, İran 5267, Qırğızıstan 3095, Tacikistan 2 982, Ermənistan 2 971, Qazaxıstan 2 004, Gürcüstan isə 1342 .
Nəzərinizə çatdıraq ki, “Qrin kart”ı olan şəxs ABŞ vətəndaşı sayılır və ömür böyu orada yaşamaq və işləmək icazəsi alır. Lotoreyanın qazanan şəxsin bu hüququndan həyat yoldaşı və 21 yaşınadək subay uşaqları istifadə edə bilər.
JASMİN