26 Dekabr 2025 / 10:33

Türkiyə yaxınlaşan “Sibir” şaxtaları ilə bağlı xəbərdarlıq etdi

Türkiyənin əhəmiyyətli bir hissəsi 26 dekabrdan etibarən “Sibir” şaxtalarından zərər görəcək.

Tezadlar.az xəbər verir ki, türk sinoptikləri bu barədə xəbərdarlıq ediblər.

“Ölkənin şimal, mərkəzi və şərq hissələrində yağış və qar yağacağı gözlənilir. Ölkə daxilində hiss olunan temperaturun 4-10 dərəcə selsiyə enəcəyi və bu hava şəraitinin ən azı bir həftə davam edəcəyi gözlənilir”, – məlumatda deyilir.

Ərzurumda minimum temperatur qeydə alınacaq və mənfi 17 dərəcə selsiyə çatacaq. Ankarada temperatur mənfi 3 dərəcə selsiyə, İstanbulda isə sıfıra enəcək. Temperaturun düşməsinin Sibirdən gələn soyuq hava dalğası ilə əlaqəli olduğu vurğulanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!