26 Dekabr 2025 / 12:30

Kiyev agenti Luqanskda təxribatçılar cəlb etdiyinə görə həbs edilib

Şəxs həmçinin terror hücumlarını əlaqələndirib

Kiyev hakimiyyətinin agenti Luqanskda terror hadisələrinə təxribatçılar cəlb etdiyinə və əlaqələndirdiyinə görə saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin regional idarəsi məlumat verib.

Hüquq-mühafizə orqanları əməkdaşları həmin şəxsin könüllü olaraq Ukrayna kəşfiyyat orqanları ilə əlaqə saxladığını və digər təxribatçıların rəhbəri olmaq qərarına gəldiyini aşkar ediblər.

“Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkara qarşı dəlil toplamağa davam edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!