30 May 2022 / 16:18

HÖVSANDA AVTOMOBİLLƏ AVTOBUS TOQQUŞUB, XƏSARƏT ALANLAR VAR

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!