“Azərkitab”ın sabiq direktoru Rauf Məmmədzadə sabiq baş nazir Pənah Hüseynə qarşı sərt ittihamlar və ifadələr işlədib. Tezadlar.az Rauf Məmmədzadənin fb platformasına istinadla həmin ittihamları olduğu kimi təqdim edir: “…Mən o şəxsəm ki , Elçibəy tərəfindən mənə təklif olunan Baş Nazirin mùavini vəzifəsindən imtina etdim . Üzünə qayıtdım ki, Pənah nə qanır iqtisadiyyat nədir? Savadi olsaydı 15 il Akademiyanın Fəlsəfə İnstitunda işləyib, bəs niyə müdafıə edə bilməyib? Cəbhə hakimiyyəti dövrün tələbatı idi, Pənah kimilər onu yıxdı … Sonra da arvad paltarında, əl barmaqları manükürlu qaçmaq istəyəndə sərhəddə tutuldu…”.