Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Tezadlar.az xatırladır ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Ermənistanın bu terror əməllərindən ziyan çəkmə hələ uzun müddət təhlükə olaraq qalacaq.