Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 16:55

AZAL-dan şikayət edən məşhurların sayı artıb: “Ağlamışam, qışqırmışam, elə bil təyyarə yerindən çıxırdı”

AZAL-dan şikayət edənlərin cərgəsinə daha bir tanınan sima qoşulub. Belə ki, bu dəfə bloger Aysel Şükürova AZAL-dan narazılıq edib. 

Tezadlar.az  xəbər verir ki, bloger  təyyarədə qorxulu anlar yaşadığını bildirib.

“Uçuş boyu 45 dəqiqə ancaq ağlamışam, qışqırmışam, elə bil təyyarə yerindən çıxırdı. Panik-atakım necə tutmuşdusa heç cür sakitləşə bilmirdim. Uzun aradan sonra hələ belə bərbad uçuşumuz olmamışdı. Çox, çox, çox bərbad. Təyyarə bərbad idi. Enəndən sonra hələ bu yağışlı havada avtobusa qədər ayaqla gəlmişik. Minənə kimi su olduq. Bir Allah bilir necə gəldik. Bir sözlə, bərbad. Hər dəfə şans verməyə çalışıram, amma getdikcə hər şey pisləşir”.

O, AZAL-ın 45% endirim kampaniyasını da tənqid edib:

“Hələ guya 45% endirim ediblər. Dünən soruşuruq, guya 50 istiqamətə endirim var. Soruşduğumuz yer adi vaxt 1400 manatdırsa, indi 1470 manat olub. Gülməlidir sadəcə. Endirim bunun harasındadır? Hələ həmin yerə 600 manata da bilet satırdılar bu arada”.

Xatırladaq ki, bir müddətdir ki, bir çox müğənni, aparıcı, aktyor  AZAL-la bağlı müxtəlif məzmunlu şikayətlərini paylaşırlar. Məsələn, Azər Axşam uçuşun 10 saatdan çox  gecikməsindən, aparıcı Aytən Səfərova, müğənni İradə İbrahimova isə AZAL-ın biletlərinin baha olmasından narazılıq ediblər.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!