Əsas məzmuna keç

Kosmonavt Platonovu daşıyan Crew Dragon kosmik gəmisi Yerə qayıtdı

Rusiyalı kosmonavt Oleq Platonovun da daxil olduğu Crew-11 heyətini daşıyan Amerika Crew Dragon kosmik gəmisi Yerə qayıtdı.

Tezadlar.az bildirir ki, bu barədə Roskosmosun mətbuat xidməti məlumat verib.

“Roskosmos kosmonavtı Oleq Platonovu daşıyan Crew Dragon Yerə qayıtdı”, – bəyanatda deyilir.

Platonovu amerikalı astronavtlar Zina Cardman və Michael Fincke, eləcə də yapon astronavtı Yui Kimiya müşayiət edirdi.

Dörd nəfəri daşıyan Crew Dragon gəmisi 15 yanvar gecəsi Beynəlxalq Kosmos Stansiyasından ayrılıb. Kosmik gəminin həmin gün Kaliforniya sahillərinə enməsi planlaşdırılırdı.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…