Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qeyri-adi hadisənin Hindistanın Maharaştra ştatında baş verdiyi bildirilir.
“Hindustan Live” qəzetinin məlumatına görə, öldüyü ehtimal edilən hindli qadının öz dəfn mərasimindən bir neçə saat əvvəl sağ olduğu məlum olub.
Ailə üzvləri 103 yaşlı qohumlarının vəfat etdiyini düşünməzdən əvvəl, qadın iki ay yataq xəstəsi olub və son günlər çox da yemək yeməyib, su içməyib. Hərəkət etməyi dayandırdıqda isə yaxınları onun öldüyünü güman ediblər.
Nəşrin məlumatına görə, həkimlərin yüz yaşlı uzunömürlünün ölümünü təsdiqləyib-təsdiqləmədiyi məlum deyil. Lakin ailə dəfn mərasiminə hazırlaşmağa başlayıb.
Lakin hindli qadının nəvəsi onun ayaq barmaqlarının bir anda tərpəndiyini görüb və kömək çağırıb.
“Pambığı burnundan çıxardıqdan sonra o, ağır-ağır nəfəs almağa başladı”, – deyə qəzet nəvənin dediklərindən sitat gətirib.
JASMİN