Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 18:31

Məhkəmə Timoşenkonun girov məbləğini 33 milyon qrivna olaraq müəyyən etdi

Ona həmçinin müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etmək qadağan edildi

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Batkivşina partiyasının lideri Yuliya Timoşenkonun təxminən 762.000 dollara bərabər olan 33 milyon qrivna məbləğində girov ödəməsinə qərar verdi.

Tezadlar.az bildirir ki, bu barədə strana.ua məlumat verib.

Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunan Timoşenkonun müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməsi qadağan edilib.

“Bundan əlavə, məhkəmə ona onlarla parlament üzvü ilə ünsiyyət qurmağı qadağan etdi”, – deyə nəşrin Telegram kanalında bildirilir.

Ukrayna mediasının məlumatına görə, Batkivşina partiyasının lideri on ilə qədər həbs cəzası ala bilər.

Məhkəmə iclası zamanı Timoşenkonun NABU tərəfindən dərc edilən söhbətlərdə heç vaxt iştirak etmədiyini bildirib. O, özünə qarşı qaldırılan işi uydurma və siyasi motivli adlandırıb.

Timoşenkonun bank hesabları məhkəmənin qərarından əvvəl də dondurulmuşdu. “Batkivşina” lideri vəd etmişdi ki, təqiblərə baxmayaraq, Ukrayna siyasətindən ayrılmayacaq.

Xatırladaq ki, 14 yanvar gecəsi NABU və SAP detektivləri Kiyevin Turovska küçəsindəki “Batkivşina” ofisində axtarış aparıblar. Timoşenko daha sonra Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunub.

11 yanvarda Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumlarının təxminən 100 Rada deputatını korrupsiyada şübhəli bildiyi bildirilib. Tezliklə ən azı 40 parlamentariyə qarşı ittiham irəli sürülə bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!