Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Yanvar 2026 / 13:36

Kallasdan Qrenlandiya ilə bağlı istefa verməsi istənilib

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Qrenlandiya ilə bağlı şərhlərinə görə istefa verməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial media saytında yazıb.

“Kaya… Hər kəsə yaxşılıq edin və istefa verin”, – deyə o, Avropa diplomatiyası rəhbərinin paylaşımına cavab verib.

Bu paylaşımda Kallas, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiya ilə bağlı siyasətinə qarşı çıxan Avropa ölkələrinə tətbiq etmək qərarına gəldiyi yeni tariflər səbəbindən Avropa İttifaqının yoxsullaşacağını irəli sürüb. O, bu vəziyyətdən yalnız Rusiya və Çinin faydalanacağını qeyd edib.

Daha əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev eyni paylaşıma cavab verib. O, Kallasa sosial mediada paylaşım etməzdən əvvəl içki içməməyi təklif edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!