Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
“Avropa İttifaqı hazırda ciddi siyasi böhran mərhələsindən keçir. Bir sıra Avropa dövlətləri Brüsselin idarəçilik siyasətindən açıq şəkildə narazıdır. Çünki Brüssel müstəqil qərar verən yox, idarə olunan və mərkəzdən yönləndirilən dövlətlər modeli formalaşdırmağa çalışır”. Bolqarıstandakı mövcud vəziyyəti tezadlar.az- a açıqlayan politoloq Azad Məsiyev onu da dedi ki, bu yanaşma Avropa İttifaqına üzv ölkələrin suverenliyinin mərhələli şəkildə zəiflədilməsi ilə müşahidə olunur. Ayrı-ayrı dövlətlərdə xalqın iradəsi ilə keçirilən seçkilərə müxtəlif formalarda maneələr yaradıldığı hiss olunur. Məqsəd isə Brüsselin maraqlarına uyğun, “sözəbaxan” siyasi hakimiyyətlərin formalaşdırılmasıdır. Sitat: “Macarıstan bu siyasətə qarşı açıq mövqe sərgiləyən ölkələrdən biridir. Rəsmi Budapeşt Avropa Birliyinin avantürist addımlarını tənqid edir və milli maraqlarını ön planda tutduğunu bəyan edir. Bu mövqe isə Brüsselin narazılığına səbəb olur”.
Azad Məsiyev bildirdi ki, oxşar ssenarinin Bolqarıstanda da tətbiq ediləcəyi ehtimal olunur. Brüsselin bu ölkədə keçiriləcək seçkilərə dolayı yolla təsir göstərmək niyyəti olduğu iddia edilir. Məqsəd Bolqarıstanın da mərkəzdən idarə olunan dövlətlər sırasına daxil edilməsidir. Onun siyasi qənaətinı görə, bu cür yanaşma isə ayrı-ayrı Avropa ölkələrinin müstəqilliyini zəiflətməklə yanaşı, demokratiya mahiyyətini də zədələyir. Avropa Birliyi demokratiya ideyasından real dəyər kimi deyil, siyasi məqsədlərinə çatmaq üçün alət kimi istifadə edir.
Qeyd: Bolqarıstanda minlərlə insanın ədalətli seçki tələbi ilə küçələrə çıxması və siyasi sistemə inamın zəifləməsi ölkəni erkən seçki prosesinə aparır. Bu vəziyyət isə Avropa İttifaqı daxilində demokratik idarəetmənin real işləkliyi və Şərqi Avropa ölkələrinə yanaşma ilə bağlı yeni sualları gündəmə gətirir. Bu suallara isə tezliklə cavab veriləcəyi bəllidir.