Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Yanvar 2026 / 17:34

ARKA film layihələri müsabiqəsinin qalibləri ilə müqavilə imzaladı – SİYAHI

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”ndə qalib gələn layihələrin istehsalçı şirkətləri ilə müqavilələr bağlanmağa başlayıb.
Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyinin məlumatında deyilir.
Müqavilə bağlanan şirkətlər və layihələrinin siyahısını təqdim edirik:
“Kölgəsiz adamlar” (qısametrajlı animasiya filmi) – HochazFilm Creative Studio;
“Eyni yağışın altında” (qısametrajlı animasiya filmi) və “Oyun” (qısametrajlı tələbə animasiyası) – Peri Film MMC;
“İşıq” (qısametrajlı bədii film) – Kinobiz MMC;
“Ağacdələn” (qısametrajlı bədii film) – Karvan Production MMC;
“Sərt gözəllik” (sənədli film) – OD Media-Production MMC.
Bütün istehsalçı şirkətlərə və onların komandalarına uğurlar arzu edirik!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!