Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Yanvar 2026 / 21:10

AKF-in hesabat tədbiri: nailiyyətlər və təşəkkürlər

Azərbaycan Karate Federasiyası (AKF) 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

Tezadlar.az xəbər verir ki, tədbirdə çıxış edən AKF-in prezidenti Ülvi Quliyev ötən ilin Azərbaycanda karatenin inkişafı baxımından əlamətdar hadisələrlə yadda qaldığını bildirib.

O, ölkə prezidenti İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb, idmançılara, məşqçilərə və hakimlərə təşəkkürünü çatdırıb. Federasiya rəhbəri onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib.

Tədbir çərçivəsində federasiyanın idman fəaliyyətinin işıqlandırılması, həmçinin karatenin təbliği və təşviqi sahəsində göstərdiyi dəstəyə görə “Apasport” İdman Agentliyi mükafatlandırılıb.

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev “Apasport” İdman Agentliyinin baş redaktoru Rasim Sultanzadəyə fəxri diplom təqdim edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!