Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 12:34

Mədəni irsimizi təhqir etmək azərbaycanlı adına ləkədir-TANINMIŞ JURNALİST ŞƏRİF AĞAYARA SƏRT CAVAB VERDİ

…Səsi olmayan müğənnilər çılpaq soyunması ilə və istedadı, qabiliyyəti olmayanlar tərbiyəsiz sözləri bir- birinin ardınca düzməklə “şeir” yazmaqla şair, bəziləri isə ağ kağızları ağlına gələn sözlərlə doldurmaqla “yazıçı” kimi yaddaşlarda qalmaq istəyrilər. Bəziləri isə milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi ləkələməklə “məşhurlaşmaq” istəyir. Adını yazıçı qoyan Şərif Ağayar adlı birisinin bu günlərdə muğamımızı, tanınmış incənət xadimlərimizi təhqir etməklə tanınmaq istədiyinin şahidi oldum. Adını azərbaycanlı qoyan, özünü tanınmış yazıçı adlandıran bu şəxsin mədəni irsimizi yaramaz fikirləri ilə təhqir etməsi başa düşülən deyil.
Məgər bu “yazıçı” hələ də bilmirmi ki, Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib? Konkret olaraq Azərbaycan muğamı 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu, muğamın dünya miqyasında tanınması və qorunmasına xidmət edir. Muğam yaradıcı təfəkkürə geniş imkanlar verən və zövq, istedad əsasında fərdiləşən mühüm bir sənət formasıdır.
“Yazıçı” Şərif Ağayarın muğam ifaçılığını “ruslara tabe olan nakişilik ahəngi” adlandırması milli mənəvi dəyərlərimizə, mədəni irsimizə düşmənçilikdir, eyni zamanda, əxlaqsızcasına xalqın mənəviyyatına təcavüz etməkdir. Müğam Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biridir. Belə bir dəyəri “başdan-ayağa ruslara tabe olan nakişilik ahəngidir” deyənin başqa formada özünə qaytarmaq lazımdır.
Milli mənəvi dəyərlərimizi, mədəni irsimizi ləkələməklə məşhurlaşmağın özü nakişilikdir!
Əliqismət BƏDƏLOV,
Əməkdar jurnalist
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!